Etibarlı Logistika Partnyorunuz
Haqqında
“AGT Cargo” MMC ölkədaxili və beynəlxalq dəmir yolu daşımalarında ixtisaslaşmış aparıcı logistika şirkəti olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi fraxt agentidir. Əsas məqsədimiz müştərilərimizə yüksək keyfiyyətli və çevik xidmət göstərmək və regionun aparıcı nəqliyyat və logistika şirkəti kimi mövqeyimizi möhkəmləndirməkdir.
Biz qapalı, taxıldaşıyan, soyuducu vaqonlarla və həmçinin konteynerlərlə idxal-ixrac, tranzit istiqamətlərində yüklərin daşınmasını və ünvana çatdırılmasını təklif edirik. Bundan başqa, biz Astarada öz taxıl terminalımızın xidmətlərini təqdim edirik.
Yüksək ixtisaslı peşəkar komandamız ehtiyaclarınıza əsasən optimal logistika zəncirləri və tarifləri təklif edir. Hazırda “AGT Cargo” 923 vaqon idarə edir ki, onlardan 150-si qapalı vaqon, 773-ü isə hopper taxıldaşıyıcısıdır.
Əsas missiyamız müştərilərimizə yüksək keyfiyyətli və çevik xidmət göstərmək, regionda nəqliyyat və logistika sahəsində lider mövqeyimizi qorumaqdır.
ƏSAS YÜKDAŞIMA
XİDMƏTLƏRİ
Şirkətin xidmətləri tamamilə fərqli logistika ehtiyacları olan müştərilər üçün də aktualdır.
“AGT Cargo” beynəlxalq tələblər nəzərə alınmaqla taxıl, xammal,
tez xarab olan, iriqabaritli, eləcə də nəqliyyat vasitələrinin və avadanlıqların sürətli və təhlükəsiz daşınmasını təmin edir. Şirkətin mütəxəssisləri ən yaxşı marşrutun tərtib edilməsi, anbar və müvəqqəti yerləşdirmə, sığorta və malların gömrük rəsmiləşdirilməsi ilə məşğul olurlar.
Əsas üstünlüklər
Çeviklik
Təchizat zəncirini müştəri ehtiyaclarına uyğun olaraq uyğunlaşdırırıq
Hərəkətlilik
Müştərilərin istəklərinin tez yerinə yetirilməsini və yüklərin vaxtında daşınmasını təmin edirik
Dəqiqlik
Biz malların vaxtında göndərilməsinə və qəbuluna zəmanət veririk
Xərc və effektivlik
Logistika xərclərini azaltmaqla məhsullarınızı daha rəqabətli edəcəyik
Həmçinin bax
"AGT CARGO" -SİZİN BEYNƏLXALQ TƏRƏFDAŞINIZ
Beynəlxalq yükdaşımalarda etibarlı tərəfdaş
“AGT Cargo” sizin tərəfinizdən vaxt və pul xərclərini minimuma endirərək, yüklərin logistikası ilə bağlı bütün məsələləri öz üzərinə götürür. Bu gün təchizat zəncirlərimiz onlarla ölkəni əhatə edir. Genişlənən şəbəkəmiz müştərilərə istənilən tapşırığa uyğun optimal və çevik həllər təklif etməyə imkan verir.
Sizin biznesin “AGT Cargo”ya niyə ehtiyacı var?
Şirkətlər fəaliyyətlərinin ilkin mərhələsində çox vaxt tədarükləri özləri təşkil etməyə çalışırlar. Əlbəttə, kiçik həcmli malların daşınması zamanı ortaya çıxan problemlər xərclərin artmasına çox da səbəb olmaya bilər. Bununla belə, daşınan yüklərin həcmi və biznes öhdəlikləri artdıqca logistikanın rolu nəzərəçarpacaq dərəcədə görünür.
Təchizat zəncirinin təşkilində yaranan problemlər birbaşa artan xərclərlə səbəb olur.
Bunlara daxildir:
- Yüklərin göndərilməsinin və qəbulunun qeyri-sabitliyi ilə əlaqədar ehtiyatların artırılması zərurəti;
- Biznesin real ehtiyacları ilə çatdırılmanın təşkili şərtləri arasında kompromislərin daimi axtarışı;
- Böyük sifarişlərin və ya müştərilərin itirilməsi, şirkətin nüfuzunun aşağı düşməsi;
- Malların saxlanması, qablaşdırılması və çatdırılması proseslərinə görə büdcənin artırılması zərurəti;
- Logistika xidmətlərinin keyfiyyətinin yüksəldilməsi zərurəti.
“AGT Cargo”nun beynəlxalq təchizat zəncirləri və logistika sahəsində təcrübəsi sizə daha böyük rəqabət üstünlüyü verəcək.