“AGT Cargo” – Sizin ideal vaqon icarə tərəfdaşınız
“AGT Cargo” müxtəlif sektorlardan olan müştərilərə – ticarət və sənayedən tutmuş dövlət və özəl dəmir yolu müəssisələrinə, habelə nəqliyyat və logistika operatorlarına qədər geniş çeşiddə vaqon icarəsi xidmətləri göstərir. Yüksək məhsuldarlıqlı vaqon modellərimiz gecikmə və fəsadlar olmadan problemsiz işi təmin edir.
“AGT Cargo” niyə ən yaxşı seçimdir?
Təkmilləşdirilmiş xidmətlər: Vaqon icarəsi xidmətlərimiz texniki və ya inzibati çətinliklər olmadan problemsiz təcrübə təmin etmək üçün optimallaşdırılıb.
Avropa nüfuzu: “AGT Cargo” təxminən 1500 vaqondan ibarət müxtəlif və çevik parkı sayəsində Avropada xüsusi nüfuz qazanıb. Biz platformalar və qapalı vaqonlar da daxil olmaqla geniş seçim təklif edirik.
Fərdi seçimlər: Təkliflərimiz sizin xüsusi ehtiyaclarınıza uyğunlaşdırılıb. Fərdi vaqonları və ya müxtəlif növ birləşmələri seçə bilərsiniz.
Uzun və qısa müddətli icarələr: Çarter səfərlərindən tutmuş uzunmüddətli müqavilələrə qədər çevik icarə şərtləri təklif edirik. Hətta ixtisaslaşmış vaqonlar belə, uzunmüddətli icarə üçün əlçatandır.
Dialoq və ekspertizaya əsaslanan tərəfdaşlıq
“AGT Cargo” hər bir icarə təklifini öz müştərilərinin unikal tələblərinə uyğun tərtib edir. Biz ən rahat, funksional və çevik xidməti təqdim etməyə çalışırıq. Mütəxəssislərdən ibarət komandamız milli və beynəlxalq miqyasda bütün nəqliyyat ehtiyaclarınız üçün həllər təklif etməyə hazırdır.
Tələblərinizə uyğunlaşdırılmış və zəngin təcrübə ilə dəstəklənən vaqon icarəsi təcrübəsi üçün “AGT Cargo” ilə əməkdaşlıq edin.
Bizim dəstəyimiz biznesiniz üçün
Logistika sahəsində geniş təcrübə
Qeyri-standart həllər təcrübəsi
Bütün mümkün çatdırılma növləri ilə işləmə imkanı
Sorğu göndərin
Sorğunuzu aşağıda təsvir edin.
Mövzu seçin, tələb olunan məlumatları doldurun. Biz tezliklə sizinlə əlaqə saxlayacayıq.
Həmçinin bax

AGT Logistika ilə əməkdaşlıq etdiyimiz müddətdə göstərilən diqqət, operativlik və peşakarlıq bizi son dərəcə məmnun edib.
Hər detalda hiss olunan məsuliyyətli yanaşma və müştəri mərkəzli xidmət sayəsində iş proseslərimiz rahat və etibarlı şəkildə idarə olunur. Vaxtında və düzgün şəkildə yerinə yetirilən xidmətləri, eyni zamanda çevik kommunikasiya imkanları AGT-ni öz sahəsinə nümunəvi tərəfdaş edir.
Əməkdaşlığımızın uzunmüddətli və uğurlu olacağına inanırıq və AGT komandasına
təşəkkür edirik!
Şirkətin aparıcı mütəxəssisi – Nurlana Kərimova
Favorite Logistics MMC

AGT Cargo komandasına, xüsusilə İlham və Nərminə iş prosesinin dəqiq və peşəkar şəkildə təşkili, həmçinin məlumatların vaxtında təqdim olunmasına görə təşəkkürümüzü bildirmək istəyirik. Keyfiyyətli iş, müştərilərlə xoş və səmimi ünsiyyət, daimi geribildirim bizim üçün çox önəmlidir.
Gələcəkdə də uğurlu və səmərəli əməkdaşlığımızın davam edəcəyinə ümid edirik və biznesinizin daha da inkişaf etməsini arzulayırıq!
Beynəlxalq daşımalar üzrə aparıcı loqist – Rugana Xanməmmədova
M-Trans MMC

AGT Cargo şirkəti öz işinin həqiqi peşəkarıdır.
Mükəmməl xidmət, operativlik və müştərilərə çevik yanaşma göstərirlər.
Hər bir sorğu dərhal emal olunur. Onlar müştərilərini həqiqətən dəyərləndirir və əməkdaşlıq üçün rahat şərait yaradırlar.
Etibarlı və məsuliyyətli tərəfdaş axtaran hər kəsə bu şirkəti tövsiyə edirəm!
Yeni layihələr üzrə idarənin 2-ci səviyyəli meneceri – Əskəraev Muxəmməd Axmətoviç
Astyq Trans

Sayt sorğular üzrə tariflərin alınmasını asanlaşdırır və bütün sorğuların xronoloji ardıcıllığını saxlayır. Bu isə lazım olan halları vaxt itirmədən tapmağa kömək edir.