Skip links

Rəhbərliyin müraciəti

Hörmətli müştərilər və tərəfdaşlar!

“AGT Сargo” MMC şirkəti 2018-ci ildə təsis edilmişdir. Şirkətin məqsədi yükdaşıma bazarının logistik infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etməkdir. "AGT Cargo" MMC-nin yaranması ilkin olaraq şirkətimizin taxıldaşıyan vaqonlar parkı sayəsində Azərbaycanın taxıl treyderlərinin və un dəyirmanlarının imkanlarını birləşdirərək daşınma üçün daha rəqabətli qiymətlərə çıxış əldə etməyə imkan vermişdir. Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində, Astarada ildə 1 milyon tona qədər keçirmə gücünə malik taxıl terminalı inşa edən “AGT Cargo” MMC taxıl yüklərinin daşınması üçün logistika qovşağının yaradılmasına təşəbbüskarlıq etmişdir.
Chairman of the Board "AGT CARGO" LLC Guliyev Javid

missiyamız Azərbaycanın mövcud nəqliyyat Dəhlizlərinin Bir Hissəsi OLMAQDIR.

Belə bir irimiqyaslı layihənin yaradılması Azərbaycan Respublikası rəhbərliyinin diqqəti, xüsusən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tranzit potensialının inkişafı istiqamətində apardığı uğurlu siyasət və eyni zamanda Azərbaycanın əlverişli biznes mühiti  sayəsində mümkün olmuşdur. Biz bazarı ən qısa müddətdə yüksək keyfiyyətli xidmətlərlə təmin edib, onun gələcək inkişafı üçün etibarlı zəmin yarada bildik.

Fəaliyyət göstərdiyi illər ərzində AGT Cargo şirkəti nəinki nəzərdə tutulan iqtisadi nəticələrə nail olub, həm də yükgöndərənlərin yüksək ixtisaslı logistika xidmətlərinə  bərabər çıxışını təmin etmişdir. Şirkətimiz ənənəvi marşrutlar üzrə daşımaları təmin etməklə yanaşı, yeni nəqliyyat dəhlizlərinin təşkili üzərində də ciddi işlərə başlamışdır. Rusiya, Qazaxıstan və bir sıra digər ölkələrdən Azərbaycana və Azərbaycan vasitəsilə üçüncü ölkələrə yüklərin ixracı üçün geniş infrastruktur imkanları yaradılmışdır.

Kollektivimizin gənc olmasına baxmayaraq, şöbələrimizin sıx əlaqəsi, eləcə də ritmik və əlaqələndirilmiş iş axını onu göstərdi ki, şirkətin komandası vahid mexanizm kimi inkişaf etmişdir və ən vacib problemləri həll etməyə qadirdir. İşçilərin qarşısına qoyulan ilkin məsələrdən biri isə bazarla daim əlaqədə olaraq, onun inkişafına töhfə verməkdir. Şirkətimizin prioriteti müştəri yönümlü xidmət göstərməkdir.

Təcrübəsi, fədakarlığı və bacarıqları davamlı irəliləyişimizin təminatı olan şirkətin səhmdarlarına və əməkdaşlarına təşəkkür etmək istəyirəm. Əminəm ki, gələcək mövsümlərdəki işimiz regiondakı yükgöndərənlərə istehsal həcmini artırmaq hədəflərinə diqqət yetirməyə imkan verəcək, eyni zamanda yüklərin vaxtında və sürətli çatdırılması bütün bazar iştirakçılarına maksimum mənfəət əldə etməyə imkan verəcək.

 
 
 
 

İdarə Heyətinin sədri - Cavid Quliyev

This website uses cookies to improve your web experience.